Avropa Liqası: “Qarabağ” “Qalatasaray”la qarşılaşa bilər
07
avq
2023
15:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III raundda Finlandiya təmsilçisi HİK-ə qalib gələrsə, növbəti mərhələdə “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.
Oxşar xəbərlər
Avropa Liqası: Bu gün "Qarabağ"ın pley-off mərhələsindəki mümkün rəqibi bilinəcək
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da...