Avropa Liqası həyəcanı: Finalçılar müəyyənləşəcək

Avropa Liqası həyəcanı: Finalçılar müəyyənləşəcək
İdman 66

{PAGEBREAK}Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

BAKU.WS xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə "Atalanta" İtaliyada Fransanın "Marsel" klubunu, "Bayer 04" isə Almaniyada "Roma"nı qəbul edəcək.

“Atalanta” - “Marsel” komandaları arasındakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Digər qarşılaşmada isə Leverkuzen təmsilçisi birinci görüşdə rəqibini iki cavabsız qolla üstələyib.

Qeyd edək ki, hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər