Avropa Liqası: Emrelinin komandası əlavə biletlər sifariş etdi

Avropa Liqası: Emrelinin komandası əlavə biletlər sifariş etdi
İdman 97

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu İspaniyada "Sevilya"ya qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün əlavə biletlər sifariş edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna qonaq azarkeşlər üçün nəzərdə tutulmuş 1 000 biletin hamısının satılması səbəb olub.

Bu üzdən paytaxt klubu qarşı tərəfə müraciət edərək, öz fanatları üçün əlavə sektor ayrılmasını istəyib.

Qeyd edək ki, "Sevilya" - "Dinamo" matçı fevralın 17-də keçiriləcək. Cavab qarşılaşması isə fevralın 24-də oynanılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər