Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
MMA döyüşçüsü Əli İsayev “Bellator"da Azərbaycan bayrağı altında çıxış edəcək.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə 31 yaşlı idmançı "Match TV"yə açıqlama verib.
İsayev bildirib ki, artıq ona Azərbaycan pasportu ilə viza açılıb: "Bu ölkə üçün yarışmışam, pasportum var idi. Başqa çarəm olmadığından gedib məsələni həll etdim. Onsuz da Rusiya pasportu ilə mənə heç bir halda viza verməyəcəkdilər".
Qeyd edək ki, Əli İsayev daha əvvəl sərbəst güləşlə məşğul olub. O, 2019-cu ildə Azərbaycan millisinin heyətində 120 kq çəki dərəcəsində Avropa çempionluğunu qazanıb.
İdmançının "Bellator"da ilk rəqini ABŞ təmsilçisi Stiv Mouri olacaq. İsayev bundan əvvəl keçirdiyi 9 döyüşün hamısında qələbəni bayram edib.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...