Avropa çempionlarımızı daha yaxşı tanıyın: Biri məktəbdə, biri FHN-də, biri sexdə çalışır - FOTO

İdman 312

Azərbaycanın minifutbol üzrə milli komandasının Avropa Çempionatındakı qələbəsi ölkədə böyük səs-küy yaratdı.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bunun müxtəlif səbəbləri var idi. Əsas səbəb heyətin tamamilə azərbaycanlılardan təşkil olunması idi. Sosial şəbəkə istifadəçiləri də bunu xüsusi qeyd edirdi. Digər məsələ isə yığmamızda çıxış edənlərin əksəriyyətinin həvəskar futbolçu olmasıdır. Onların bəziləri hətta başqa sahələrdə çalışırlar, yalnız həvəskar meydançalarda top qovurlar.

Komandamızın üzvlərindən olan Rəvan Kərimov müəllim işləyir. O, Bakı şəhəri, 101 saylı orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır.

Avropa çempionlarımızı daha yaxşı tanıyın: Biri məktəbdə, biri FHN-də, biri sexdə çalışır - FOTO

Mirmehdi Rzayev isə Sumqayıtda yaşayır və elə orada işləyir. O, “klyonka” sexində çalışır. Lakin futbola olan marağı onu yaşıl meydançalardan uzaq qoymur.

Avropa çempionlarımızı daha yaxşı tanıyın: Biri məktəbdə, biri FHN-də, biri sexdə çalışır - FOTO

Asif Zeynalov həm çimərlik futbolunda, həm həvəskar futbolda oynayır. O, həmçinin Fövqəladə Hallar Nazirliyində Xüsusi Xilasetmə Briqadasında çalışır.

Avropa çempionlarımızı daha yaxşı tanıyın: Biri məktəbdə, biri FHN-də, biri sexdə çalışır - FOTO

Vüsal İsayev isə həm futbol, həm də futzal idman növü ilə məşğuldur. O, futzal üzrə yüksək liqada da çıxış edib.

Avropa çempionlarımızı daha yaxşı tanıyın: Biri məktəbdə, biri FHN-də, biri sexdə çalışır - FOTO

Təmraz Əmircanov peşəkar futbolçu olsa da, karyerasını bitirmək məcburiyyətində qalıb. Türkiyədə legioner həyatı yaşamış T.Əmircanov hazırda yalnız həvəskar futbol oynamaqla məşğuldur.

Avropa çempionlarımızı daha yaxşı tanıyın: Biri məktəbdə, biri FHN-də, biri sexdə çalışır - FOTO

Taleh Babayev də ömrünü futbola həsr edib. Həvəskar futbolda pul qazanan T.Babayev “La Masia” uşaq məktəbində ikinci məşqçi kimi də fəaliyyət göstərir.

Avropa çempionlarımızı daha yaxşı tanıyın: Biri məktəbdə, biri FHN-də, biri sexdə çalışır - FOTO

Millimizin digər üzvü Tanrıverdi Məhərrəmli də yalnız futbol oynamaqla məşğuldur. O, həvəskar meydanlarda tanınan oyunçulardan biridir.

Avropa çempionlarımızı daha yaxşı tanıyın: Biri məktəbdə, biri FHN-də, biri sexdə çalışır - FOTO

Komandanın digər üzvləri Bəxtiyar Soltanov, Davud Kərimi, Tural Nərimanov ölkə çempionatlarında, Premyer Liqada kifayət qədər klubların heyətində çıxış ediblər və tanınırlar. Vitali Borisov isə Azərbaycan futzal millisinin üzvü olub və uzun illər komandamızın şərəfini qoruyub.

Avropa çempionlarımızı daha yaxşı tanıyın: Biri məktəbdə, biri FHN-də, biri sexdə çalışır - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər