Avropa çempionatının bürünc mükafatçısı: “Yorğunluq öz sözünü dedi”
Yeniliklərdən dərhal xəbərdar olun
Yunan-Roma güləşi üzrə yığmamızın əsas simalarından biri İslam Abbasov (87 kq) Avropa çempionatında bürünc medal qazanıb.
BAKU.WS-in məlumatına görə, xəbər verir ki, ardıcıl ikinci dəfə qitə birinciliyində fəxri kürsüyə qalxan pəhləvanımız Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib:
“Yarış yaxşı keçdi. Rəqiblər güclü idi. Çətin qrupa düşmüşdüm. Ona görə də sona kimi mübarizə aparmalıydım. Yarımfinala qədər çox güc sərf etməli oldum. Yorğunluq və yol verdiyim səhv sözünü dedi. Bundan sonra görüşü lehimə çevirmək mümkün olmadı. İndi lisenziya turnirinə tam güclə hazırlaşmaq lazımdır. Çalışacağam ki, növbəti yarışları səhvsiz keçirim”.
Oxşar xəbərlər
İki erməniyə qalib gələn Azərbaycan güləşçisi Avropa çempionu olub
Azərbaycan yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında medal qazanıb. BAKU.WS-in məlumatına görə, 77 kq çəki dərəcəsində müba...