Avropa çempionatı: Azərbaycanın çimərlik futbolu millisi pley-off mərhələsinə yüksəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb.
BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının B qrupunda yer alan komanda Latviya yığması ilə qarşılaşıb.
Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu Orxan Məmmədov vurub. Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb. Komanda bu raundda Norveç yığması ilə qarşılaşacaq. Qeyd edək ki, millimiz qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...