Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi qızıl medal uğrunda mübarizə aparacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın daha dörd sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yarımfinalda Giorgi Meşvildişvili (125) türkiyəli Hakan Büyükçınqıla 3:1 hesabıyla qalib gəlib.
Ali Tsokayev (92 kq) isveçrəli Samuel Şerrerdən üstün olub - 6:0.
Arseniy Djioyev (86) latviyalı İvars Samusonoku tam üstünlüklə (12:2) yenərək qızıl medal uğrunda mübarizəyə qoşulub.
Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidzeni 2:1 məğlub edib.
Nürəddin Novruzov (61 kq) yarımfinalda albaniyalı dünya çempionu Zəlimxan Abakarova 3:14 hesabıyla məğlub olub. Güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.
Daha əvvəl isə Rəşid Babazadə (65 kq) və Cəbrayıl Hacıyev (79) bürünc medal görüşünə vəsiqə qazanıb.
Daha əvvəl İslam Bazarqanov (57 kq) da finala vəsiqə qazanmışdı.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...