Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova yarımfinala vəsiqə qazanıb
Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı 1/4 finalda Elena Bruqqerə (Almaniya) qalib gəlib.
Elnurə Məmmədova (50 kq) təsnifatda Aqata Valerzaka (Polşa) uduzub.
Bu gün iki yunan-Roma güləşçisi qızıl, biri bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) eyni raundda Adlet Tyulyubaevlə (UWW) görüşəcək. Nihat Məmmədli (60 kq) isə üçüncü yeri tutmaq üçün Suner Konunovla (UWW) qarşılaşacaq.
Xatırladaq ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
"Qarabağ" klubu hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir. BAKU.WS azerisport.com saytına istinadən xəbər verir ki, Ağdam təmsilçiləri qabonlu...