AVRO-2026: Azərbaycanın voleybol millisi Bakıdakı ilk oyununda Portuqaliya ilə qarşılaşacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına start veriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, açılış matçında, saat 19:00-da Azərbaycan millisi Portuqaliya ilə üz-üzə gələcək.
Qarşılaşmadan əvvəl, saat 18:15-də yarışın açılış mərasimi təşkil olunacaq.
Faiq Qarayevin baş məşqçi olduğu komanda C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar pley-offa yüksələcək.
Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Sentyabrın 6-na qədər davam edəcək AVRO-2026 Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...