AVRO-2024-ün rəsmi maskotunun mənası bəlli olub
05
iyn
2024
21:42
Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi maskotunun mənası bəlli olub.
"Report" xəbər verir ki, Albert adlı ayı olan talisman məşhur uşaq oyuncağını anımsadır.
Sözügedən ayının XX əsrin əvvələrində Almaniyada icad olunduğu bildirilir.
Maskotun adı UEFA-nın rəsmi saytında və bütün Avropada məktəblilər arasında səsvermə yolu ilə seçilib.
Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.
Oxşar xəbərlər
AVRO-2024-ün mükafat fondu açıqlanıb - Komandalar nə qədər qazanacaqlar?
Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) başlamasına 50 gün qalıb. BAKU.WS xəbər verir ki, iyunun 14-dən iyulun 14-də...