AVRO-2024: Pley-off mərhələsinə start verilir
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 21-də AVRO-2024-ün pley-off mərhələsinə start verilir.
BAKU.WS xəbər verir ki, millətlər Liqasından mərhələdə iştirak hüququ əldə etmiş komandalar yarımfinal matçlarında qüvvələrini sınayacaqlar.
Qaliblər martın 26-da həlledici qarşılaşmada oynayacaqlar. Bununla da Avropa çempionatına vəsiqə qazanan komandalar bəlli olacaq.
AVRO-2024 - pley-off mərhələsi
Yarımfinal
21 mart
A yolu
23:45. Polşa - Estoniya
23:45. Uels – Finlandiya
B yolu
23:45. İsrail – İslandiya
23:45. Bosniya və Herseqovina – Ukrayna
C yolu
21:00. Gürcüstan – Lüksemburq
23:45. Yunanıstan – Qazaxıstan
Qeyd edək ki, AVRO-2024 14 iyun - 14 iyul tarixlərində Almaniyada keçiriləcək.
Oxşar xəbərlər
AVRO-2024: Azərbaycan millisinin rəqibləri bəlli olub
Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, "Festhalle" sərgi m...