AVRO-2020-də şoka salan nəticə - Fransa çempionatla vidalaşdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə İsveçrə millisi Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.
BAKU.WS xəbər verir ki, iyunun 28-də Rumıniyanın paytaxtı Buxarestdəki Milli Stadionda Fransa və İsveçrə yığma komandaları üz-üzə gəliblər.
Görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissədən ibarət əlavə vaxt oynanılıb. Komandaların cəhdlərinə baxmayaq hesab dəyişməyib.
Dörddəbir finala yüksələn komanda penalti seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən İsveçrə millisi növbəti mərhələyə adlayıb - 5:4.
İsveçrə millisi dörddəbir finalda İspaniya yığması ilə qarşılaşacaq. Matç iyulun 2-də Sankt-Peterburqda təşkil olunacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...