"Atletiko Madrid" Osimhen üçün 150 milyon avro təklif etməyə hazırlaşır
"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhenə "Atletiko Madrid"in marağı davam edir. İspaniya klubunun nigeriyalı forvard üçün etdiyi əvvəlki təkliflərin qəbul olunmadığı, son olaraq təqdim edilən 120 milyon avroluq məbləğin də İstanbul təmsilçisini razı salmadığı bildirilir.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Atletiko Madrid" transferdən imtina etməyib və Osimhen üçün yeni təklif hazırlayır. İddialara əsasən, Madrid klubu bu dəfə "Qalatasaray"a 150 milyon avro ödəməyə hazırdır.
Təklifin qəbul olunacağı təqdirdə, 27 yaşlı futbolçunun transferinin reallaşması istiqamətində ciddi irəliləyiş əldə oluna bilər.
Osimhen "Atletiko"ya keçidə müsbət yanaşır
Nigeriyalı hücumçunun mövqeyinə dair məlumatlarda isə qərarın "Qalatasaray"dan asılı olduğu qeyd edilir. Osimhenin klubunun onun ayrılmasına razılıq verəcəyi halda "Atletiko Madrid"ə keçidə isti baxdığı iddia olunur.
Oxşar xəbərlər
Türkiyə millisində tarixi geriləmə - 38 il sonra eyni kabus yenidən yaşandı
Türkiyə Milli Futbol Komandası UEFA Millətlər Liqasında İtaliyaya 3:1 hesabı ilə məğlub olaraq ardıcıl 4-cü məğlubiyyətini alıb. BAKU.WS xəbər verir ki, bu nəti...