"Atletiko" azarkeşləri Vinisiusu təhqir etdi - VİDEO

Atletiko azarkeşləri Vinisiusu təhqir etdi - VİDEO
Video
İdman 3

İspaniya kubokunun 1/8 finalında "Atletiko Madrid" azarkeşlərinin "Real"ın hücumçusu Vinisius Junioru təhqir edib.

BAKU.WS bu barədə xaici mətbuata istinadən xəbər verir.

Oyundan əvvəl rəqib komandanın azarkeşləri braziliyalı futbolçunu təhqir edərək onu meymun adlandırmağa başlayıblar.

Onlar "Vinisius, sən meymunsan" şüarı səsləndiriblər.

Xatırladaq ki, Vinisius dəfələrlə irqçilik zəminində bir neçə dəfə azarkeşlərin təhqirlərinə məruz qalıb.

2022-ci ilin sentyabr ayında "Atletiko" fanatları stadionlarının kənarında Vinisiusa irqçi şüarlar səsləndiriblər.

Qeyd edək ki, "Atletiko" "Real"ı məğlub edib - 4:2.

Görüş Madriddəki "Metropolitano" stadionunda baş tutub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər