"Aston Villa" Ferran Torresin transferi üzərində işləyir
06
may
2026
16:12
İngiltərənin "Aston Villa" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Ferran Torresi heyətinə qatmaqda maraqlıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, Premyer Liqa komandası 26 yaşlı hücumçu üçün 65 milyon avroluq təklif hazırlayıb.
İspaniya klubunun rəhbərliyinin buna razı olacağı gözlənilir. Kataloniyalılar planlarına daxil olmadığı üçün onunla müqavilənin müddətini uzatmaq istəməyib.
Xatırladaq ki, Ferran Torresin hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. O, cari mövsüm 46 matçda 20 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Avropa Şahmat Birliyinin prezidenti "Baku Open 2026"nın təşkilatçılığını yüksək qiymətləndirib
"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalı çox gözəl təşkil olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Avropa Şahmat Birliyinin prezidenti Z...