Asiya Kubokunun qalibi müəyyənləşib
01
fev
2019
20:30
Futbol üzrə Asiya Kubokunun qalibi müəyyənləşib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, final matçında Yaponiya və Qətər yığma komandaları üz-üzə gəlib. Qətər yığması 3:1 hesabı ilə qələbə qazanaraq Asiya Kubokunun sahibi olub.Qətərin futbolçusu Almoez Ali bu oyunda da fərqlənməklə yeni rekord müəyyənləşdirib. 23 yaşlı hücumçu Asiya Kubokunda 9-cu qolunu vurub və bir turnirdə ən çox qol vuran oyunçu olub.Qeyd edək ki, daha öncə İran yığmasının sabiq futbolçusu Ali Daei 1996-cı ildə keçirilmiş Asiya Kubokunda 8 dəfə fərqlənib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Kubokunun ilk yarımfinalçısı müəyyənləşib
Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.BAKU.WS xəbər verir ki, "Zirə" komandası 1/4 finalda "Səbail"i mübarizədən kənarlaşdırıb. İlk gör...