Arşavindən Azərbaycan çempionatı ilə bağlı MARAQLI TƏKLİF
Yeniliklərdən dərhal xəbərdar olun
"Zenit" və "Arsenal" klublarının sabiq hücumçusu Andrey Arşavin keçmiş SSRİ ölkələrində birgə çempionat ideyasını dəstəkləyib.
BAKU.WS xəbər verir ki, bu barədə "Eurosport" məlumat yayıb.
Arşavin hesab edir ki, Belarusiya, Azərbaycan və Qazaxıstan klubları Rusiya Premyer Liqasında çıxış etsə, bu çempionata qoşulacaq ölkələrdə futbolun inkişafına səbnəb olacaq:
"Bir neçə il əvvəl liqamızı Ukrayna ilə birləşdirmək istədikdə, postsovet məkanında futbolun inkişafına kömək edəcək bu qərarı dəstəkləmişdim. Üstəlik, "Kayrat"da oynayaraq bu klubun problemlərini başa düşdüm. Pul qazanmaq üçün klubun çıxış edəcəyi yerə və fürsətə ehtiyacı var.
Avropada rəqabətə davamlı olmaq üçün daxili çempionatda normal və güclü rəqiblərə ehtiyac var. Bu vəziyyətdə oyunçular ən yaxşı keyfiyyətlərini göstərə biləcəklər. Kiçik ölkələrin birləşməsinə ehtiyac var. İndi Rusiya və Ukrayna çempionatlarının birliyi mümkün deyil. Buna görə Belarus, Azərbaycan və Qazaxıstan komandalarını çempionatımıza qatmaq barədə düşünə bilərik. Bu maraqdır. Hər bir ölkə öz komandasına pul xərcləyəcək".
Oxşar xəbərlər
Azərbaycanda futbolçuların orta illik əmək haqqı açıqlanıb - SİYAHI
Azərbaycan Premyer Liqasında futbolçuların orta illik əmək haqqının məbləği açıqlanıb.“Report” xəbər verir ki, “Sporting Intelligence”nin hesablamalarına əsasən...