Arda Gülərin transfer dəyərində fantastik artım

Arda Gülərin transfer dəyərində fantastik artım
İdman 3639

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) futbol dünyasının ən bahalı 100 futbolçusunun siyahısını açıqlayıb.

BAKU.WS xarici mediaya xəbər verir ki, "Real"da çıxış edən Arda Güler ​​siyahıda 90-cı yerdə qərarlaşıb.

Onun transfer qiyməti 67,9 milyon avro göstərilib.

Arda ​​siyahıda yeganə türk futbolçu olub.

CIES-in açıqladığı siyahıda ən bahalı oyunçusu isə Cud Bellinqemdir. Britaniyalı ulduzun qiyməti 280,4 milyon avrodur.

Qeyd edək ki, Madrid klubunda 12 matçda forma geyinən 19 yaşlı Arda Gülər ​​6 dəfə qol sevinci yaşayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər