Arda Gülər dünyanın ən bahalısı oldu
Avropa Futbol Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən dəyərli hücumameyilli yarımmüdafiəçilərinin yeni siyahısını açıqlayıb.
BAKU.WS xəbər verir ki, siyahıya İspaniyanın "Real Madrid" klubunda çıxış edən türkiyəli futbolçu Arda Gülər 124.8 milyon avro dəyəri ilə liderlik edir.
Gənc ulduz bu göstərici ilə Avropa futbolunun ən parlaq istedadlarını geridə qoyub.
Dünyanın ən dəyərli hücumameyilli yarımmüdafiəçilərinin siyahısı belədir:
1. Arda Gülər – 124.8 milyon avro
2. Florian Virts – 124.1 milyon avro
3. Cud Bellinqem – 120.3 milyon avro
4. Fermin Lopes – 115.9 milyon avro
5. Koul Palmer – 110.6 milyon avro
6. Junior Kroupi – 89 milyon avro
7. Lennart Karl – 86.3 milyon avro
8. İbrahim Maza – 85.1 milyon avro
9. Camal Musiala – 84.2 milyon avro
10. Dominik Soboslay – 78.3 milyon avro
Oxşar xəbərlər
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür
"Beşiktaş" heyətini gücləndirmək üçün Braziliyanın "Flamenqo" klubunda çıxış edən Luiz Arauxonun transferi üzərində çalışır. BAKU.WS xəbər verir ki, İstanbul tə...