Araz Əhmədov: "Rəqiblər gücləndikcə Qurban Qurbanovda narahatlığın yaranması gözləniləndir"

Araz Əhmədov: Rəqiblər gücləndikcə Qurban Qurbanovda narahatlığın yaranması gözləniləndir
Video
İdman 16

Baku TV-nin "İdmanda nə baş verir?" podkastının növbəti buraxılışında idman jurnalisti Araz Əhmədovla Azərbaycan çempionatı haqqında müzakirə aparılıb.

O, "Qarabağ" və "Turan Tovuz" arasında baş tutan matçla bağlı fikirlərini bölüşüb:

"Bu mövsüm Ağdam klubu üçün heç də ürəkaçan olmayacaq. Çünki rəqiblər xeyli güclənib. "Turan Tovuz"da artıq sistem formalaşıb. Komanda bu gün uduzsa da, azarkeşlər məğlubiyyətdən deyil, daha çox komandanın yaxşı oyun nümayiş etdirməsindən danışırlar. "Turan Tovuz"da rəqabətədavamlı kollektiv yaranıb. Rəqiblər gücləndikcə Qurban Qurbanovda narahatlığın yaranması gözləniləndir".

Araz Əhmədov həmçinin "Zirə" klubunun hazırkı durumunu dəyərləndirib:

"Rəşad Sadıqov artıq 6 ildir ki, "Zirə"də çalışır. Bu müddət ərzində komandada sistem formalaşmayıbsa, uğur gözləməyə dəyməz. Klubun ciddi maliyyə vəsaiti sərf edərək qurduğu heyət sistemsiz fəaliyyət göstərirsə, burada günah baş məşqçidədir".

Oxşar xəbərlər

Son xəbərlər