Araz Abdullayev “Qarabağ”ı tərk edir
13
may
2020
19:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın üzvü Araz Abdullayev yenidən legioner həyatı yaşaya bilər.
BAKU.WS-in məlumatına görə, Ağdam klubunda icarə əsasında çıxış edən 28 yaşlı yarımmüdafiəçi mövsümün sonunda komandanı tərk edəcək. İdmançının müqavilə ilə məxsus olduğu “Panionios”la sözləşməsi bu ayın sonunda başa çatır.
Hazırda futbolçunun meneceri bir sıra klublarla danışıq aparır.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Abdullayev 2018-ci ilin yayından icarə əsasında “Qarabağ”da çıxış edir.
Oxşar xəbərlər
“Neftçi” 450-ci qələbəsini qazanıb
“Neftçi” Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb. BAKU.WS "apasport.az" saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XX turuna təsadüf ed...