Andrey Lunyov: Karyeramın ən dramatik matçı "Bayer 04"ə qarşı oldu
Karyeramda bundan dramatik oyunlar olmayıb. Heç bir matç buna çatmaz.
Bu fikirləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer 04" komandasına qarşı keçirdikləri oyunla bağlı danışarkən deyib.
Sergey Tırtışnının yutub kanalına açıqlama verən 27 yaşlı qolkiper bu cür məğlubiyyətin məyusedici olduğunu söyləyib: "Hər iki görüşdə 2:0 öndə olduq və üstünlüyü əldən verdik. Artıq özümüzə gəlməliyik. Bu, keçmişdə qalıb. Təhlil etmək, qollara səbəb olan epizodları incələmək lazımdır".
Qeyd edək ki, iki qarşılaşmanın cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” Avropa Liqasının 1/4 finalına yüksəlib.//report
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" Bakıda "Bayer 04"lə heç-heçə edib - YENİLƏNİB-8
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu yekunlaşıb. Tofiq Bəhramov adına Res...