Ançelotti 2026-cı il Dünya Kubokunda Braziliya üçün ən vacib oyunu açıqladı
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında komandası üçün ən vacib oyunun hansı olduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, italiyalı mütəxəssisin sözlərinə görə, mundialda Braziliya yığması üçün ən önəmli qarşılaşma qrup mərhələsində Mərakeş millisinə qarşı keçiriləcək ilk matç olacaq.
"İlk oyun dünya çempionatında son dərəcə vacibdir. Hətta demək olar ki, ən vacib qarşılaşmadır. Əlbəttə, bütün matçlar əhəmiyyət daşıyır, lakin mən istərdim ki, qrup mərhələsini turnir cədvəlinin lideri kimi başa vuraq", - deyə Ançelotti bildirib.
Qeyd edək ki, Braziliya - Mərakeş görüşü iyunun 14-də ABŞ-də yerləşən "MetLife" stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 02:00-da səslənəcək.
Oxşar xəbərlər
Bu gecə dünya çempionatı BAŞLAYIR - GÜNÜN AFİŞASI
Bu gün futbolsevərlərin böyük maraqla gözlədiyi dünya çempionatı start götürür. BAKU.WS xəbər verir ki, 23-cü dəfə keçirilən mundialın açılış oyununda turnirin...