Anatoli Karpovun 101 yaşlı anası vəfat edib

Anatoli Karpovun 101 yaşlı anası vəfat edib
İdman 173

Şahmat üzrə dünya çempionu Anatoli Karpovun anası vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat yayıb. Mərhumun 101 yaşında ikən vəfat etdiyi qeyd olunub.

“Nina Qriqoryevnanın ölüm xəbərini böyük kədər hissi ilə qarşıladım. O, çox gözəl qadın və çox gözəl ana idi. Bu bizim üçün böyük itkidir”, - deyə federasiyanın prezidenti Arkadi Dvorkoviç bildirib.

Mərhumun 1920-ci ildə Cənubi Ural vilayətinin Zlatoustye şəhərində dünyaya gəldiyi qeyd olunur.

Xatırladaq ki, Anatoli Karpov şahmat üzrə sayca 12-ci dünya çempionudur. O, bu titulu 1975-ci ildə qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər