Amerika Kubokunda II turun oyunlarına start verilib
26
iyn
2024
10:12
Futbol üzrə Amerika Kubokunda II turun oyunlarına start verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, ABŞ-də təşkil olunan turnirin A qrupunun görüşləri çərçivəsində Peru yığması ilə qarşılaşan Kanada 1:0 hesablı qələbə qazanıb.
Qrupun digər matçında isə Argentina millisi Çili üzərində eyni hesabla qalib gəlib.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq. Son olaraq Argentina yığması 2021-ci ildə turnirin qalibi olub.
Oxşar xəbərlər
Messinin komandası Amerika Kubokuna qələbə ilə başladı - VİDEO
İyunun 20-dən 21-nə keçən gecə Argentina millisi Atlantada (ABŞ) "Mercedes-Benz "stadionunda keçirilən 2024-cü il Amerika Kubokunun açılış matçını keçirib. Görü...