Ali Koç ulduz futbolçunu Türkiyəyə gətirir
İstanbulun "Fənərbağça" klubu "İnter"lə müqaviləsi başa çatan ulduz futbolçu Edin Dzekonu heyətinə qatmağa çox yaxındır.
BAKU.WS xəbər verir ki, "Fənərbağça" hücum xəttində yaranan boşluğu Edin Dzeko ilə doldurmaq istəyir.
Tərəflər danışıqlara çoxdan başlayıb, bosniyalı “İnter”ə üstünlük verdiyini və Çempionlar Liqasının finalını gözlədiyini bildirmişdi.
“İnter”in heyətinə düşməyən 37 yaşlı futbolçunun meneceri Alessandro Luççi İstanbula dəvət olunub və görüş baş tutub. "Fənərbağça" futbolçuya 2 illik müqavilə və ilə 5 milyon avro məvacib təklif edib.
Bu mövsüm "İnter"də çox yaxşı mövsüm keçirən Edin Dzeko 33 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Türkiyə Super Liqasına daha 2 ulduz futbolçu gəlir - FOTO
Türkiyənin “Fənərbağça” klubunun növbəti sezon üçün hədəfləri Rayan Kent və Mavididi oldu. BAKU.WS xəbər verir ki, bu barədə Sabah nəşriməlumat yayıb. Bildirili...