Alfonso Dominqes: Paris olimpiadasında Azərbaycan xalqını təmsil edirəm
Yeniliklərdən dərhal xəbərdar olun
Mən burada ölkəmi, ailəmi, övladlarımı, komanda yoldaşlarımı və bütün Azərbaycan xalqını təmsil edirəm.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan boksçusu Alfonso Dominqes şəxsi instaqram hesabında yazıb.
92 kq çəki dərəcəsində mübarizə aparan idmançı artıq turnirin həlledici qarşılaşmasına vəsiqə qazandığını xatırladıb: "Allaha çox şükürlər olsun ki, mənə bu anları yaşatmağa imkan verdi. Azərbaycan xalqına təşəkkür edirəm, məni öz oğulları kimi qarşıladılar və olimpiadada çıxış etməyə şans yaratdılar".
Qeyd edək ki, Alfonso Dominqes finalda Özbəkistan təmsilçisi Lazizbek Mullojonovla üz-üzə gələcək. Avqustun 10-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:34-də start götürəcək.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu olub - YENİLƏNİB - 3
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub. "Report"un turnirə ezam olunmuş əməkdaşının məluma...