Albaniyalı müdafiəçi "Qarabağ"la müqaviləsini 2 saniyəyə yeniləyib

15
iyn
2018
09:48
Albaniya milli komandasının sabiq kapitanı Ansi Aqolli "Qarabağ" klubu ilə müqaviləsini yeniləməsindən danışıb."Report"un məlumatına görə, 36 yaşlı müdafiəçi bu barədə şəxsi "Instagram"ında açıqlama verib. "Müqaviləmi yeniləmək cəmi 2 saniyə vaxt apardı. İkinci evim olan "Qarabağ"da daha bir il keçirəcəyimə görə xoşbəxtəm", - o deyib.Aqolli söz verib ki, əvvəlki 8 ildə göstərdiyi oyunu qarşıdakı mövsümdə də ortaya qoyacaq: "Yenə eyni performansı təkrarlamağa çalışacağam. Keçənilki uğurlarımızı təkrarlamaq və daha uğurlu bir mövsüm keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Forever "Qarabag".Qeyd edək ki, 2010-cu ilin iyulundan "Qarabağ"da çıxış edən Ansi Aqolli ötən gün klubla müqaviləsini 2019-cu ilin iyununadək uzadıb.BAKU.WS
Oxşar xəbərlər
“Qarabağ”dan ayrılan qapıçı Türkiyə klubuna keçir
“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç karyerasını Türkiyədə davam etdirəcək.Bosniya və Herseqovina yığmasının qapıçısı növbəti mövsüm Super Liqada çıxış edəc...
