AFFA Səudiyyə Ərəbistanının dünya çempionatını təşkil etmək təşəbbüsünü dəstəkləyib
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək dünya çempionatını təşkil etmək təşəbbüsünü dəstəkləyir.
Bu barədə milli assosiasiyanın yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanı son illərdə futbolda böyük uğurlar qazanıb, məşhur futbol ulduzlarının axın etdiyi yerli çempionat hazırda dünyada ən çox diqqət mərkəzində olan liqalardan biridir.
"Dost ölkə olan Səudiyyə Ərəbistanının beynəlxalq yarışları təşkil etmək baxımından böyük təcrübəsi var. Bu ölkənin milli komandası Qətərdə keçirilən son dünya çempionatında da azarkeşlərin rəğbətini qazanacaq oyun göstərdi. Əminik ki, Səudiyyə Ərəbistanı bu çətin, məsuliyyətli işin öhdəsindən uğurla gələcək", - bəyanatda vurğulanıb.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...