AFFA prezidenti “Qarabağ” klubunu təbrik edib

AFFA prezidenti “Qarabağ” klubunu təbrik edib
İdman 57

UEFA-nın yeni təsis etdiyi, bu mövsümdən etibarən keçirilən UEFA Avropa Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanması münasibətilə “Qarabağ” klubunu təbrik edirəm. Artıq 8-ci mövsümdür ki, “Qarabağ” ardıcıl olaraq avrokuboklarda qrup mərhələsində oynamaq hüququ qazanır.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev assosiasiyanın saytına açıqlamasında deyib.

R.Abdullayev bildirib ki, 6 dəfə UEFA Avropa Liqası, 1 dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu bu dəfə eyni uğuru yeni turnirdə də təkrarlamağı bacardı. Bu, böyük müvəffəqiyyətdir. Cari avrokubok mövsümündə təmsilçimizə bir qədər də irəliləyərək UEFA Avropa Konfrans Liqasının play-off mərhələsinə vəsiqə qazanmasını arzu edirəm. Bir daha “Qarabağ” klubunun futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini və ölkəmizin futbol ictimaiyyətini bu nəticə münasibətilə təbrik edirəm.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər