AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
06
avq
2024
19:19
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
"Report" xəbər verir ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Boraç” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) oyununun UEFA nümayəndəsi olacaq.
Banya Luka şəhərində yerləşən “Qradski” stadionunda keçiriləcək görüş avqustun 15-də baş tutacaq.
“Boraç” – “Klaksvik” matçını bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB - 11
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Sabah" - "Makkabi" (Hayfa, İsrail) ilə qarşılaşıb. Bakıdakı “Bank Respublika Arena”da baş tutan...