AFFA İntizam Komitəsi "Neftçi"ni 26200 manat cərimələyib
"Neftçi" klubu 26200 manat məbləğində cərimələnib.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun "Zirə" – "Neftçi" oyununda "Zirə" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Zirə" komandası 700 manat cərimə edilsin (maddə 43.1);
17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun "Zirə" – "Neftçi" oyununun 90+6-cı dəqiqəsində "Zirə" komandasının məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Zirə" komandası 2000 manat cərimə edilsin (maddə 47.2);
17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun "Zirə" – "Neftçi" oyunu bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulduğuna və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Zirə" komandası 3000 manat cərimə edilsin. Dəymiş zərər "Zirə" komandası tərəfindən qarşılansın (maddə 86.3);
17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun "Zirə" – "Neftçi" oyununda "Neftçi" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Neftçi" komandası 700 manat cərimə edilsin (maddə 43.1);
17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun "Zirə" – "Neftçi" oyununun 90+8-ci dəqiqəsində "Neftçi" komandasının baş məşqçisi Yuri Vernidub hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Neftçi" komandası 5000 manat cərimə edilsin (maddə 51.1, 11.3);
17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun "Zirə" – "Neftçi" oyunu bitdikdən sonra "Neftçi" komandasının məşqçisi Dmitro Kara Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Neftçi" komandası 5000 manat cərimə edilsin (maddə 51.1, 11.3);
17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun "Zirə" – "Neftçi" oyununun 90+5-ci dəqiqəsində "Neftçi" komandasının 33 nömrəli futbolçusu Breno Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Neftçi" komandası 3000 manat cərimə edilsin (maddə 45.1, 11.3);
17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun "Zirə" – "Neftçi" oyununda "Neftçi" komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığına görə "Neftçi" komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun "Zirə" – "Neftçi" oyununda "Neftçi" komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə "Neftçi" komandası 4500 manat cərimə edilsin (maddə 86.3)
Oxşar xəbərlər
"Qarabağ" Elvini satışa çıxardı
Bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevlə bağlı mühüm qərar verilib. BAKU.WS Sportal.az-a istinadən xəbər...