AFFA ilk dəfə futbolçular arasında PES turniri təşkil edəcək - Oyunlar canlı yayımlanacaq

AFFA ilk dəfə futbolçular arasında PES turniri təşkil edəcək - Oyunlar canlı yayımlanacaq
İdman 139

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilk dəfə Premyer Liqada, Birinci Divizionda, Region Liqasında, Qadınlar Yüksək Liqasında, çimərlik futbolu və futzal üzrə, əlillərdən ibarət komandalar arasında keçirilən turnirlərdə iştirak edən komandalar arasında e-futbol liqasını təşkil edir.

BAKU.WS xəbər verir ki, oyunlar PES2020 konsol oyununda keçiriləcək.

Qeydiyyat aprelin 25-dən mayın 15-dək davam edəcək.

Futbol üzrə kiber çempionat PES2020 qaydaları əsasında təşkil olunacaq. Turnirdə iştirak edəcək komandaların oyun konsolları və hesabları isə təmsil etdikləri klublar tərəfindən təmin olunmalıdır.

Hər komandanın heyəti klub tərəfindən müəyyənləşdirilmiş, 18 yaşı tamam olmuş 2 nəfərdən ibarət olacaq. Hər komanda qalibi müəyyənləşdirəcək 2 oyun keçirəcək. Hər mövsüm iki turnirdən ibarət olacaq və hər bir turnir 3 ay davam edəcək. Oyunun qaydaları haqqında ətraflı məlumatı www.eml.az saytından əldə edə bilərsiniz.

Birinci yerin sahibinə e-Milli Liqanın Kuboku təqdim olunacaq, həmçinin qalib komanda e-Milli Komandada iştirak şansı qazanacaq. İkinci və üçün yerin sahiblərinə isə təşkilatçılar tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim olunacaq. Qeyd edək ki, pul mükafatları oyunçunun liqa zamanı toplamış xallarının x100 AZN mislinə (1-ci yer üçün); x50 AZN mislinə (2-ci yer üçün) və x20 mislinə (3-cü yer üçün) bərabərdir.

Turnir ərzində ən yaxşı nəticə göstərən 6 oyunçunun beynəlxalq kiber çempionatlarda iştirakı təmin olunacaq.

Azarkeşlər canlı oyunları, eyni zamanda, qarşılaşmaların xülasəsini və ən maraqlı anları həm www.eml.az saytından, həm də CBC Sport kanalından izləyə biləcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda daha bir klub dağıldı

Azərbaycanda daha bir klub dağıldı

Peşəkar Futbol Liqası (PFL) “Ağsu” futbol klubunun I Diviziondan kənarlaşdırıldığını açıqlayıb. BAKU.WS xəbər verir ki, klub rəhbərliyi danışılmış oyunlarda işt...

783 İdman 15:14 29 yanvar 2020

Son xəbərlər