AFFA iclas keçirdi: De Byazi zalı erkən tərk etdi
13
apr
2023
12:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, iclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.
İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib. O, jurnalistlərə açıqlama vermək istəməyib.
Qəbul edilən qərarlar barədə hələlik açıqlama verilməyib.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Azərbaycan millisi tarixində 14 dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub
Azərbaycan millisi tarixində 14 dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub. BAKU.WS report-a istinadən xəbər verir ki, yığma sonuncu belə yenilgisini AVRO-...