AFFA-dan millinin yeni baş məşqçisi ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi istiqamətində ötən müddət ərzində AFFA tərəfindən müvafiq işlər görülüb.
BAKU.WS milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə namizədlərin geniş siyahısı tərtib olunub və həmin siyahı ilə bağlı İcraiyyə Komitəsinin 28 yanvar iclasında fikir mübadiləsi aparılıb.
İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin tövsiyələri nəzərə alınmaqla namizəd məşqçilərin qısa siyahısı hazırlanıb. Lakin dünyanın əksər ölkələrini əhatə edən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar bir çox fəaliyyət sahələrində işlərin sürətinin azaldılması və bir sıra hallarda dayandırılması, ölkədaxili və beynəlxalq futbol turnirlərində oyunların qeyri-müəyyən müddətə təxirə salınması, müvafiq yarışların təqvimləri ilə bağlı dəqiqləşdirmələrin aparılmasının hələ ki mümkünsüzlüyü nəzərə alınaraq, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqlara müvəqqəti fasilə verilib. Bununla belə, AFFA müvafiq məşqçilərlə mütəmadi əlaqədədir.
O da qeyd olunur ki, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müvafiq rəsmi məlumatlar affa.az vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılacaq.
Oxşar xəbərlər
AFFA-nın yeni Nizamnaməsi qəbul olunub
"Bulvar otel"də AFFA-nın növbədənkənar Konfransı işə başlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, iclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı işti...