Adil Şükürovla azarkeşlər arasında GƏRGİNLİK: "Məni harasa göndərmək sizin başınız üçün deyil"
Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən "Kəpəz"- "Qəbələ" matçından sonra "Kəpəz"in baş məşqçisi Adil Şükürovla azarkeşlər arasında gərgin anlar yaşanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, nəticədən narazı qalan azarkeşlər Şükürovu istefaya səsləyiblər. Baş məşqçi isə onları mübahisəyə dəvət edərək emosional şəkildə cavab verib.
A.Şükürov oyun sonrası mətbuat konfransında hadisəyə münasibət bildirib:
"Azarkeşin üstünə getmədim. Tərbiyəsizlik etdilər, onun cavabını verdim. Çünki tərbiyəsizlik insana təsir edir. İnsanlar şəxsi məsələlərə toxunmamalıdır. Kimin hara gedəcəyinə rəhbərlik qərar verir. Etikadan kənara çıxmaq olmaz. Bir az diqqətli olmalıdırlar. Azarkeşə dedim ki, məni harasa göndərmək sənlik deyil, sənin başın üçün deyil. İstefaya göndərilməyim realdır. Yəqin ki, sağollaşacağıq".
Qeyd edək ki, "Kəpəz" son turda "Qəbələ"yə səfərdə 3:0 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Real"ın baş məşqçisindən futbolçuya - "Bir dəqiqə belə oynamayacaqsan"
Madrid "Real"ının məşqçilər korpusunda çalışan Alvaro Arbeloanın bəzi futbolçularla münasibətlərində gərginlik yaşandığı iddia olunub. BAKU.WS "Championat.com"a...