ABŞ-li futbolçudan Dünya Çempionatında nadir UĞUR - 1964-cü ildən bəri ilk dəfə o etdi

ABŞ-li futbolçudan Dünya Çempionatında nadir UĞUR - 1964-cü ildən bəri ilk dəfə o etdi
İdman 28

ABŞ millisinin müdafiəçisi Kris Riçards dünya çempionatlarında son 60 ildə görünməmiş nailiyyətə imza atıb.

BAKU.WS xəbər verir ki, ABŞ-nin Paraqvay üzərində 4:1 hesablı qələbə qazandığı D qrupunun ilk tur matçında Riçards meydanda 90 dəqiqə çıxış edib və etdiyi bütün ötürmələri dəqiq yerinə yetirib.

25 yaşlı futbolçu qarşılaşma ərzində 83 pas verib və onların hər biri komanda yoldaşına çatıb. Beləliklə, o, 100 faiz ötürmə dəqiqliyi göstəricisinə nail olub.

ESPN-in məlumatına görə, dünya çempionatlarında bu statistikanın aparılmasına başlanıldığı 1966-cı ildən bəri heç bir futbolçu bir oyunda ən azı 80 ötürmə edib və eyni zamanda 100 faizlik dəqiqlik göstəricisini qoruya bilməmişdi.

Bununla da Kris Riçards mundiallar tarixində bu göstəriciyə nail olan ilk futbolçu kimi tarixə düşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər