AFFA Şəhriyar Qurbanovun ölümü ilə bağlı UEFA-ya üzv olan milli assosiasiyalara müraciət etdi

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində 2007-ci il təvəllüdlü, AFFA-nın təşkilatçılığı ilə keçirilən liqada UGİM (Naftalan) komandasının heyətində çıxış etmiş Şəhriyar Qurbanovun həlak olması ilə əlaqədar AFFA UEFA-nın üzvü olan 55 milli assosiasiyanın 53-nə məktubla müraciət edib.
BAKU.WS-in məlumatına görə, müraciətdə qeyd olunub ki, 13 yaşı Şəhriyarın ölümü futbol ailəsini dərindən sarsıdıb.
Bu məsələ nəinki bizi, bütövlükdə futbol ictimaiyyətini narahat edir; həyatda ilk addımlarını atmaqda olan uşaqlar müharibələrin hədəfi olmamalıdır. AFFA bu çətin dönəmdə Avropa futbol ailəsini dinc sakinlərə qarşı aqressiyanı, xüsusilə də azyaşlı uşaqların bu və ya digər şəkildə hərbi əməliyyatlara daxil edilməsini qınamağa və #stopchildmurder (uşaq qətllərinə son) həştəqindən istifadə etməklə həmrəylik nümayiş etdirməyə çağırıb.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...
