SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Polşanın “Legiya” klubu ilə qarşılaşıb.

Komandamız ardıcıl yeddinci dəfə Avropa Liqasının qrup mərhələsinə düşmək üçün meydana çıxdığı oyunda rəqibini darmadağın edərək qalib gəlib.

Ağdam təmsilçisi 3 cavabsız qolla qələbəni və qrup mərhələsinə vəsiqəni təmin edib.

23:35

Qarşılaşmanın 70-ci dəqiqəsində Filip Ozobiç hesab arasındakı fərqi artırıb – 0:3.

23:26

Polşada "Legiya" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının pley-off matçında növbəti qol vurulub.

62-ci dəqiqədə Abdullah Zubir meydan sahiblərinin müdafiəçilərini təkbaşına keçərək, qapıçı Artur Borutsu məyus edib. Bununla da "Qarabağ" hesabı artırıb - 2:0.

23:18
Polşada "Legiya" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının pley-off matçında hesab açılıb. "Report" xəbər verir ki, 50-ci dəqiqədə Patrik Andrade Ovusu Kvabenanın ötürməsindən sonra topu qapıya göndərib.

Bu qolla "Qarabağ" hesabda önə keçib - 1:0.

23:06
Polşada "Legiya" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının pley-off matçında ikinci hissə başlayıb.

İlk yarıdan sonra hesab bərabərdir - 0:0.

23:02
Polşada "Legiya" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının pley-off matçının ilk yarısı başa çatıb.

Komandalar fasiləyə heç-heçə ilə yollanıblar - 0:0.

22:45

Futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsi çərçivəsində “Legiya”-“Qarabağ” oyunu başlayıb.

BAKU.WS xəbər verir ki, Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilən qarşılaşmada “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Qara Qarayev, Uroş Matiç, Patrik Andrade, Abdullah Zubir, Filip Ozobiç və Kvabena Ovusu yer alıblar.

Polşa təmsilçisinin ilk on birliyində isə meydana Artur Boruc, Yosip Yuranoviç, İqor Levçuk, Artur Jedrzejczyk, Filip Mladenoviç, Bartoş Kapustka, Damaqoy Antoliç, Bartoş Sliş, Joel Valensiya, Rafael Lopeş və Tomaş Pexart çıxıblar.

Görüşü Almaniyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Tobias Ştilerdir. Ona Kristian Qittelmann və Rafael Foltin kömək edirlər. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirir.

Yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün cütün qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.

BAKU.WS