Ramil Quliyevdən ordumuza dəstək: “30 ildir bu həsrətlə yaşayırıq”

Azərbaycan mənşəli atlet Ramil Quliyev Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, idmançı bu yolun sonunda ölkəmizdən qələbə xəbərini gözlədiyini açıqlayıb:
“Biz azərbaycanlılar 30 ildir torpaqlarımızı geri qaytarmaq həsrəti ilə yaşayırıq. İndi ən təbii haqqımız olan müdafiə haqqımızdan istifadə edərək təcavüz altında olan torpaqlarımızı işğaldan azad edirik.
Bu mübarizə haqq mübarizəsidir, bu yol haqq yoludur. İnşallah, bu yolun sonunda ölkəmizi qələbə gözləyir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə-Azərbaycan”.
Qeyd edək ki, 30 yaşlı atlet Ramil Quliyev hazırda Türkiyəni təmsil edir.
Oxşar xəbərlər
“Ramil Quliyev fəraridir”, “Onda tamamilə türk qanı yoxdur”– Çingiz Hüseynzadənin 6 il öncəki MÜSAHİBƏsi
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 6 il öncə Lent.az-a verdiyi müsahibədə bugünkü dünya çempionu Ramil Quliyevdən danışmış, onun ünva...