Gənclər və İdman Nazirliyi ordumuza hərbi maşın hədiyyə etdi - FOTO

Gənclər və İdman Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi maşın hədiyyə edib.
Bu barədə Oxu.Az-a Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib .
“Bu gün Gənclər və İdman Nazirliyinin əməkdaşları, gənclər təşkilatlarının üzvləri, idmançılar bir araya gələrək cəbhəyə maşın hədiyyə edib. Təbii ki, daha böyük hədiyyənin verilməsini istərdik. Əsgərlərimiz daha böyük hədiyyələrə layiqdirlər. Bu kiçik hədiyyəni gənclər və idmançılar adından qəbul etmələrini istərdik. Fərid Mansurov maşının açarını Hərbi Komissarlığa təhvil verib”, deyə S.Məmmədova bildirib.
Qalereya
Oxşar xəbərlər
İdmançılar od püskürdülər: "Vəziyyət düzəlməsə, Azərbaycan çempionatına qatılmayacağıq" - FOTO
Artıq bir neçə gündür Basketbol Federasiyasının rəhbərliyi ilə klub rəhbərləri arasında vəziyyət gərgin olaraq qalır. Belə ki, Azərbaycan çempionatında çıxış ed...
