SİZİN REKLAM BURADA!
055 213 76 73


Azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olması ilə əlaqədar FIFA-dan AFFA-ya başsağlığı məktubu daxil olub.

AFFA-dan BAKU.WS-ə verilən məlumata görə, FIFA-dan göndərilən məktubda deyilir:

“Şəhriyar Qurbanov xatirəsinə

Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik.

Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.

BAKU.WS