055 213 76 73
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" klubu Türkiyənin "Qalatasaray" komandası ilə qarşılaşacaq.
BAKU.WS-in müxbiri oyundan öncə millət vəkili Aqil Abbasa qarşılaşmanın nəticəsi barədə sual ünvanlayıb.
Deputat bildirib ki, "Neftçinin mərhələ adlayacağına inanmır: "Allah "Neftçi"yə uğurlar nəsib eləsin. Amma inanmıram ki, "Qalatasaray"a qalib gəlsinlər. İstanbul klubu "Neftçi"ni o qədər saymır ki, 9 əsas oyunçusunu gətirib.
"Neftçi"yə istənilən halda uğurlar arzu edirəm, amma qalib gələcəyinə inanmıram. "Neftçi" "Sabah", "Keşlə" və "Zirə"yə qalib gələ bilmir, "Qalatasaray"a necə qalib gələcək?"
Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da start götürəcək.
Orxan Hüseyn
BAKU.WS