"Neftçi" və "Qarabağ"ın növbəti mərhələ ŞANSLARI - EKSPERT RƏYİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi klubuna həddən artıq güclü rəqib düşdü. Klubların həm maddi imkanları, həm də Türkiyə çempionatının səviyyə fərqi bunu deməyə əsas verir".
Bu sözləri BAKU.WS-ə Azərbaycan milli komandası və “Qarabağ” klubunun sabiq kapitanı Aslan Kərimov bildirib.
Onun sözlərinə görə, "Neftçi"nin "Qalatasaray"ı keçmək şansları, demək olar ki, yoxdur: "Amma azarkeşlərin yaxşı oyun görəcəklərinə ümid edirəm. Yəqin ki, çox da böyük hesablı qələbə olmayacaq. Eyni zamanda "Qalatasaray" da Bakıda əziyyət çəkməli olacaq".
Aslan Kərimov əlavə edib ki, Ağdam təmsilçisinin əvvəlki iki rəqibi ilə müqayisədə işi bir balaca çətin olacaq: "Qarabağ" yaxşı müdafiə olunmağı bacaran klubdur. Eyni zamanda əks hücumlarda çox güclü ola bilir. Bunun üçün sürətli futbolçulara malikdir. Fikrimcə, "Qarabağ" klubu elə bir səviyyədədir ki, bu sınaqdan da üzüağ çıxa bilər. Norveç təmsilçisinin heyətindəki durum "Qarabağ" klubu ilə eyni səviyyədədir. Amma "Qarabağ"ın oyun üslubu dominant oyun nümayiş etdirməyə hesablanıb və buna görə rəqibindən üstün ola bilər".
Oxşar xəbərlər
"Qarabağ"ın Çempion Liqasındakı rəqibləri və şansları - TARİXİ MƏRHƏLƏ
Azərbaycan milli komandası və “Qarabağ” klubunun sabiq kapitanı Aslan Kərimov BAKU.WS-ə müsahibə verib. Veteran futbolçu Azərbaycan təmsilçilərinin Çempionlar...