VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Sileks” (Şimali Makedoniya) oyunu başa çatıb.

BAKU.WS xəbər verir ki, oyuna fəal başlayan “Qarabağ” ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir necə təhlükəli vəziyyətlər yaradıb.

Qarşılaşmanın 11-ci dəqiqəsində ağdamlıların futbolçusu Xayme Romeo Filip Ozoviçin ötürməsini qola çevirib. O, təkbətək mübarizdən qalib ayrılıb - 1:0.

Hücumlarını davam etdirən “Qarabağ” birinci hissənin başa çatmasına beş dəqiqə qalmış rəqibin qapısına ikinci dəfə yol tapıb. Donald Gerye fərqlənib - 2:0.

Fasiləyə “Qarabağ” iki top üstünlüyü ilə yollanıb.

Qarşılaşmanın 51-ci dəqiqəsində "Qarabağ" komandası rəqibi topu oyuna üçüncü dəfə mərkəzdən başlamağa məcbur edib. Künc zərbəsindən sonra topu başla rəqib qapısına göndərən Gerye özünün ikinci, komandasının isə üçüncü topunu vurub - 3:0. Bu da oyunda son qol olmayıb. Görüşün 80-ci dəqiqəsində “Qarabağ” hesabı 4:0-a çatdırıb. Mahir Əmrəli oyunda son nöqtəni qoyub - 4:0.

Beləliklə, “Qarabağ” rəqibini darmadağın edərək UEFA Çempionlar Liqasının II seçmə mərhələsinə vəsiqəsini təmin edib.

Qeyd edək ki, “Qarabağ” növbəti mərhələdə “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun güclüsü ilə üz-üzə gələcək. Həmin görüş avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

21:30

Görüşün 80-ci dəqiqəsində “Qarabağ” klubunun hücumçusu Mahir Əmrəli hesabı 4:0-a çatdırıb.

21:10

Matçın 51-ci dəqiqəsində "Qarabağ" komandası rəqibi topu oyuna üçüncü dəfə mərkəzdən başlamağa məcbur edib.

Künc zərbəsindən sonra topu başla rəqib qapısına göndərən Gerye özünün ikinci, komandasının isə üçüncü topunu vurub.

20:43

Avqustun 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Sileks” (Şimali Makedoniya) oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində ağdamlıların futbolçusu Xayme Romeo Filip Ozoviçin ötürməsini qola çevirib.

Qarşılaşmanın 40-ci dəqiqəsində Ağdam təmsilçisi rəqibin qapısına ikinci topu keçirib. Donald Gerye fərqlənib.

18:52

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyununda üz-üzə gələcək "Qarabağ" və "Sileks"in (Şimali Makedoniya) start heyətləri açıqlanıb.

BAKU.WS-in məlumatına görə, komandalar matça bu "11-lik"lə çıxacaqlar.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 81. Kevin Medina, 55. Bədəvi Hüseynov, 77. Donald Gerye, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 9. Xayme Romero, 11. Mahir Emreli, 17. Abdullah Zubir

Ehtiyat oyunçular: 12. Balayev, 21. Hüseynli, 27. Ovusu, 30. A.Hüseynov, 44. Cəfərquliyev, 71. Bayramov, 99. Hacıyev

"Sileks": Bojinovski, Karçeski, Draşkoviç, Qrozdanoski, Timovski, Ristov, Serafimovski, Mustafov, Tanturovski, Georgiyev, İvanovski

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da start götürəcək.

Bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq. Bu cütün qalibi növbəti raundda "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.

BAKU.WS