"Qarabağ"ın rəqibi Bakıya nə vaxt gələcək?

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali Makedoniyanın "Sileks" klubunun Bakıya gələcəyi tarix müəyyənləşib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Kratovo təmsilçisi Azərbaycan paytaxtına avqustun 17-də səhər saatlarında çarter reysi ilə uçacaq.
Həmin gün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi məşqə çıxacaq komanda qarşılaşmadan dərhal sonra isə Şimali Makedoniyaya qayıdacaq.
Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...
