VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qondarma Dağlıq Qarabağ bayrağı ilə turnirə çıxdı, döyüldü və qovuldu. Səbəb isə çox sadədir: ermənilərin qızıl oğlanı döyüşdə cılız oğlan oldu. Avqust ayının 1-də UFC Fight Night 173 oyununda ABŞ ermənisi Edmen Şahbazyan elə yana-yana bu oyunda Derek Bransona məğlub oldu.

BAKU.WS BAKU.TV-tə istinadən xəbər verir ki, döyüş öncəsi oktaqona qondarma Dağlıq Qarabağ bayrağı ilə çıxdığı üçün isə turnirdən qovulub.

Zamanında atılan addım, Azərbaycan və Türkiyə səfirlikləri, Gənclər və İdman Nazirliyi tərəfindən UFC prezidenti Deyna Uayta göndərilən məktublara cavab olaraq idmançı həm turnirdən qovulub, həm də cərimələnib. Bunu onun məşqçisi Edmond Tarverdyan deyib:

“UFC-nin sponsoru olan “Reebok” tərəfindən bizə çatacaq məbləğdən cərimə kimi məhrum olunduq. Təəssüf ki, Azərbaycan və Türkiyə səfirlikləri məqsədlərinə çatdılar. Bizə görə əziyyət çəkən UFC heyətindən üzr istəyirəm...”

Bəli, Edmondlar, Edmenlər hələ çox məğlub olub, çox üzr istəyəcəklər. Bu ilklər davamlı olaraq sizi gözləyir. Təkcə idman səhnələrində deyil, siz xudpərəstlər siyasi meydanda da tezliklə məğlub və üzüqara şəkildə təkcə Azərbaycan xalqından deyil, bütün dünya müsəlmanlarından üzr istəyəcəksiniz.

BAKU.WS
VİDEO