VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya II Bundesliqasında XXVII tura start verilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” növbəti matçına çıxıb.

“Nürnberq”in qonağı olan Aue təmsilçisi səfərdən 1:1 hesablı bərabərliklə dönüb.

Qonaqların heyətində yeganə qola 51-ci dəqiqədə yığmamızın oyunçusu imza atıb. Start heyətində yer alan yarımmüdafiəçi hesabı açsa da, 63-cü dəqiqədə ev sahibləri avtoqol sayəsində məğlubiyyətdən qaçıblar. Nazarov qarşılaşmanın 66-cı dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, aktivindəki xalların sayını 38-ə yüksəldən “Erzgebirge” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

BAKU.WS
VİDEO