Rüştü koronavirusa yoluxdu

29
mar
2020
08:22
Türkiyə milli yığmasının sabiq qapıçısı Rüştü Reçber koronavirusa (COVİD-19) yoluxub.
BAKU.WS-in məlumatına görə, bu barədə sabiq futbolçunun həyat yoldaşı Işıl Reçber öz "İnstaqram" səhifəsində yazıb.
O bildirib ki, Rüştü COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib:
"Daha əvvəl hər şeyin yaxşı olduğuna baxmayaraq, simptomların qısa zamanda inkişaf etməsi bizi də şoka saldı. Biz testlər keçirdik, oğlumda və qızımda nəticələr mənfi, həyat yoldamışda isə müsbət çıxdı. Hazırda bizə onu ziyarət etmək olmaz və bu, ən çətinidir".
Oxşar xəbərlər
Fatih Terim koronavirusa yoluxdu
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim koronavirusa yoluxub. BAKU.WS xəbər verir ki, bu barədə baş məşqçi sosial şəbəkədə özü yazıb. Terim testlərin müsbət n...
